Toyota Tacoma istehsalını Meksikadan ABŞ-a köçürür

Toyota Tacoma istehsalını Meksikadan ABŞ-a köçürür

AVTO
166

Fins.az - Toyota 2030-cu ildən etibarən məşhur Tacoma pikapının istehsalını Meksikadan ABŞ-ın Texas ştatına köçürəcək.

Hazırda model Meksikanın Tixuana şəhərindəki TMMBC zavodunda istehsal olunur. Yeni plana əsasən, Tacoma San-Antoniodakı Toyota zavodunda yığılacaq. Şirkət müəssisənin genişləndirilməsi və modernləşdirilməsinə 3,6 milyard ABŞ dolları sərmayə yatıracaq.

İstehsalın ABŞ-a köçürülməsi ölkədə həyata keçirilən proteksionist iqtisadi siyasət fonunda baş verir. Toyota daha əvvəl ABŞ-dakı fəaliyyətinin genişləndirilməsi üçün ümumilikdə 10 milyard dollar investisiya ayıracağını açıqlamışdı. Hazırda şirkətin ABŞ-da 11 avtomobil istehsalı zavodu fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Toyota Tacoma istehsalını Meksikadan ABŞ-a köçürür — Fins.az — Fins.az