Toyota RAV4 platformasında yeni pikap hazırlaya bilər

Toyota RAV4 platformasında yeni pikap hazırlaya bilər

AVTO
180

Fins.az - Toyota şirkətinin Toyota RAV4 bazasında yeni kompakt pikap modeli hazırlaya biləcəyi bildirilir.

Məlumata görə, potensial model ABŞ bazarında Ford Maverick ilə rəqabət aparacaq.

Ford Maverick 2021-ci ildə təqdim olunub və ABŞ-də kompakt pikap seqmentində böyük maraq görsə də, son dövrdə satışlarında azalma müşahidə edilir. 2025-ci ildə modeldən 155 mindən çox satılıb, 2026-cı ilin ilk dörd ayında isə satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz azalıb.

Ekspertlər hesab edirlər ki, Toyota belə bir model təqdim etməklə ABŞ-də artmaqda olan yüngül və şəhər tipli pikap seqmentində mövqeyini gücləndirə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Toyota RAV4 platformasında yeni pikap hazırlaya bilər — Fins.az — Fins.az