
Toyota Corolla Cross-un 60 illik yubileyinə həsr olunmuş xüsusi versiya təqdim edilib
Fins.az - Toyota Corolla modelinin 60 illiyi münasibətilə Corolla Cross krossoverinin xüsusi Z Adventure versiyasını təqdim edib.
Yeni versiya daha sərt və macəra üslublu dizayn elementləri ilə seçilir və adında Z Adventure əlavəsini daşıyır.
Toyota Corolla Cross ilk dəfə 2020-ci ildə qlobal model kimi təqdim olunub. Krossover GA-C platforması üzərində qurulub və bu platforma Corolla sedanı, universalı və hetçbekində də istifadə olunur.
Model son illərdə müxtəlif bazarlarda mərhələli şəkildə yenilənib. İndi isə Yaponiyada Corolla Cross-un yubileyə həsr edilmiş xüsusi buraxılışı satışa çıxarılıb.