Toyota Çindəki zavodlarında istehsalı bərpa edə bilmədi

Toyota Çindəki zavodlarında istehsalı bərpa edə bilmədi

AVTO
1,079

Dünyanın ən böyük avtomobil istehsalçısı Toyota Motor, Çində olan bütün zavodları 16 Fevral tarixinə qədər bağlı saxlayacağını açıqlayıb. Toyota-nın Çində 12 avtomobil və avtomobil hissələri zavodu var.

Fins.az xəbər verir ki, Toyota ilk açıqlamasında Çində zavodların 9 Fevraladək bağlı olacağını açıqlamışdı. Zavodlar koronavirus epidemiyasına görə bağlanıb.

Dünən, Fiat Chrysler, Çindən ehtiyat hissələri tədarükündə çətinliyin davam etməsi halında Avropadakı zavodlarını 2-4 həftə üçün bağlaya biləcəyini açıqlamışdı.

© Marja

Hyundai də ehtiyat hissələri tədarükündə çətinlik səbəbilə Cənubi Koreyadakı istehsalını dayandırmışdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Toyota Çindəki zavodlarında istehsalı bərpa edə bilmədi — Fins.az — Fins.az