Toyota Azərbaycan xidmət keyfiyyətini artırmaq üçün prosesləri optimallaşdırır

Toyota Azərbaycan xidmət keyfiyyətini artırmaq üçün prosesləri optimallaşdırır

AVTO
156

Fins.azToyota Azerbaijan müştərilərə satış, servis və ehtiyat hissələri üzrə geniş xidmət şəbəkəsi vasitəsilə dəstək göstərdiyini açıqlayıb.

Şirkət bildirir ki, bütün texniki problemlər rəsmi servis mərkəzlərində peşəkar texniklər tərəfindən həll olunur və bunun üçün avtomobilin mütləq rəsmi servislərə gətirilməsi tələb edilir. Xidmət keyfiyyətinin artırılması və gözləmə müddətinin azaldılması məqsədilə müştərilərə əvvəlcədən qeydiyyatdan keçmək tövsiyə olunur.

Toyota Azərbaycan Bakı, Abşeron və Gəncə şəhərlərində fəaliyyət göstərən rəsmi diler və servis mərkəzləri vasitəsilə xidmət göstərir və müştərilər üçün qaynar xətt imkanları təqdim edir.

Bildirilib ki, avtomobildə xəbərdarlıq işıqlarının yanması müxtəlif texniki səbəblərlə bağlı ola bilər və dəqiq diaqnoz yalnız rəsmi servis mərkəzlərində aparılan yoxlamalarla müəyyən edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Toyota Azərbaycan xidmət keyfiyyətini artırmaq üçün prosesləri optimallaşdırır — Fins.az — Fins.az