Tesla-nın yeni nailiyyətləri: Şirkət ABŞ-ın elektromobil bazarının 80%-dən çoxuna sahibdir

Tesla-nın yeni nailiyyətləri: Şirkət ABŞ-ın elektromobil bazarının 80%-dən çoxuna sahibdir

AVTO
662

  Buy Shares şirkətinin analitikləri Tesla şirkətinin yeni nailiyyətlərindən danışıblar. Baxmayaraq ki, Tesla hər ay satdığı və ümumi istehsal etdiyi elektromobillərin sayları barəsində məlumat vermir, bu ilin ilk 6 ayı ərzində ABŞ-da satılmış elektromobillərin 81.66%-i məhz Tesla-nın payına düşüb. Tesla şirkətinin lider mövqeləri xüsusi olaraq təəccübləndirir. Belə ki, şirkət keçən ilin noyabr ayında vergi imtiyazlarından azad edilmişdi. Bu barədə Electrek saytı xəbər verib. Bu ilin ilk 6 ayı ərzində ABŞ-da ümumilikdə 87.000 ədəd elektromobil satılıb. Onlardan 71.000-i Tesla-ya məxsusdur.

    Bundan əlavə olaraq Tesla ən çox satılmış elektromobillər reytinqində ilk üç yerin üçünü də tutub. Bekəliklə birinci yerdə Model 3 (38.000 ədəd), ikinci yerdə Model Y (18.000 ədəd), üçüncü yerdə isə Model X (9500 ədəd) qərarlaşıb. Reytinqin dördüncü pilləsini Chevrolet şirkətinin büdcəli Chevy Bolt modeli, beşinci pilləsini isə Tesla-nın Model S modeli tutub. Qeyd etmək lazımdır ki, Tesla müştəriləri 7500$ dəyərində olan vergi imtiyazlarından istifadə edə bilmirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tesla-nın yeni nailiyyətləri: Şirkət ABŞ-ın elektromobil bazarının 80%-dən çoxuna sahibdir — Fins.az — Fins.az