“Tesla” 125 min avtomobili geri çağırır

“Tesla” 125 min avtomobili geri çağırır

AVTO
223

“Tesla” təhlükəsizlik kəməri ilə bağlı xəbərdarlıq sisteminin nasazlığına görə ABŞ-da 125 227 avtomobili geri çağırır.

Bu barədə Reuters ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) press-relizinə istinadən məlumat yayılıb.

Məlumata görə, nasazlıq qəza zamanı yaralanma riskini artıra bilər.

Qurumun açıqlamasında bildirilir ki, geri çağırılma Model S (2012-ci ildən 2024-cü ilədək istehsal olunub), Model X (2015-2024-cü illər), Model 3 (2017-2023-cü illər) və Model Y (2020-2023-cü illər) elektrik avtomobillərinə şamil edilir.

Qeyd olunur ki, 125 227 avtomobil xəbərdarlıq işıqlarının və səs siqnallarının nasazlığı səbəbindən təhlükəsizlik tələblərinə əməl etmir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Tesla” 125 min avtomobili geri çağırır — Fins.az — Fins.az