Skoda yeni elektrik krossoveri Epiq modelini tam təqdim edib

Skoda yeni elektrik krossoveri Epiq modelini tam təqdim edib

AVTO
407

Fins.az - Skoda Auto yeni kompakt elektrik krossoveri Skoda Epiq modelini rəsmi olaraq təqdim edib.

Yeni model daxiliyanma mühərrikli Skoda Kamiq üçün tam elektrik alternativi hesab olunur.

Şirkətin məlumatına görə, Epiq üç texniki versiyada təklif ediləcək və bütün modifikasiyalar ön ötürücü sistemi ilə təchiz olunacaq.

Model ilk dəfə konsept kimi 2024-cü ilin martında nümayiş etdirilmiş, 2025-ci ildə isə seriyaya yaxın prototipinin dizaynı açıqlanmışdı.

Skoda bildirir ki, “Epiq” adındakı “E” hərfi elektrik texnologiyasını, “q” isə SUV seqmentinə aid olduğunu göstərir. Model adı qədim yunan dilindəki “epos” sözünə istinad edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Skoda yeni elektrik krossoveri Epiq modelini tam təqdim edib — Fins.az — Fins.az