Peugeot növbəti nəsil 3008 modelinin interyerini göstərib - FOTO

Peugeot növbəti nəsil 3008 modelinin interyerini göstərib - FOTO

AVTO
1,375

Üçüncü nəsil Peugeot 3008 krossoveri cari ilin sentyabr ayında debüt etməlidir. Yenilik bazara yalnız 2024-cü ilin yazında çıxacaqdır.

Fins.az xəbər verir ki, Peugeot 3008 modeli Panoramic i-Cockpit adlı yeni ön panel arxitekturasını alan ilk avtomobil olacaqdır. Bu, on bir il əvvəl ortaya çıxan i-Cockpit konsepsiyasının növbəti təkamülüdür. 

Peugeot 3008 modelində artıq mexaniki transmissiyalar olmayacaqdır, avtomatik transmissiyanın idarəetmə selektoru isə ön panelə keçirilib: indi o, sağ sükan dəstəyinin arxasında yerləşir.

Yeni nəsil Peugeot 3008 arxa şüşənin güclü meyli olan kupeşəkilli kuzov profili əldə edəcək və təkmilləşdirilmiş EMP2 platformasına əsaslanacaqdır. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Peugeot növbəti nəsil 3008 modelinin interyerini göstərib - FOTO — Fins.az — Fins.az