Mütəxəssislər antifrizin nə vaxt dəyişdirilməli olduğunu açıqlayıb

Mütəxəssislər antifrizin nə vaxt dəyişdirilməli olduğunu açıqlayıb

AVTO
445

Fins.az - Antifriz avtomobil mühərrikinin soyudulması üçün istifadə olunan və donma temperaturu suya nisbətən daha aşağı olan mayedir.

Mütəxəssislərin məlumatına görə, bu mayenin tərkibində köpüklənmənin qarşısını alan, çöküntü və korroziyanı azaldan xüsusi əlavələr olur. Lakin zamanla bu əlavələrin təsiri zəifləyir və antifrizin keyfiyyəti aşağı düşür.

Bundan əlavə, istismar prosesində mühərrikin daxili hissələrindən antifrizə kir və metal hissəciklər qarışa bilər ki, bu da onun xüsusiyyətlərini daha da pisləşdirir.

Məhz buna görə soyuducu mayenin mütəmadi olaraq dəyişdirilməsi mühərrikin düzgün işləməsi və xidmət müddətinin uzadılması üçün vacib hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mütəxəssislər antifrizin nə vaxt dəyişdirilməli olduğunu açıqlayıb — Fins.az — Fins.az