Mitsubishi Triton Terra: fermerlər üçün limitli versiya geri qayıdıb

Mitsubishi Triton Terra: fermerlər üçün limitli versiya geri qayıdıb

AVTO
354

Fins.az - Mitsubishi Motors fermerlər üçün nəzərdə tutulmuş Mitsubishi Triton Terra modelinin limitli versiyasını yenidən təqdim edib.

Xüsusi versiya əsasən Braziliya bazarı üçün nəzərdə tutulub və cəmi 300 ədəd istehsal olunacaq.

Qeyd edək ki, Mitsubishi Triton modeli ilk dəfə 1978-ci ildə istehsal olunmağa başlayıb, hazırkı altıncı nəsil isə 2023-cü ildə təqdim edilib. Model bəzi bazarlarda Triton adı ilə, digər ölkələrdə isə Mitsubishi L200 kimi satılır.

Yeni Terra versiyası kənd təsərrüfatı istifadəçiləri üçün uyğunlaşdırılmış xüsusiyyətləri və məhdud buraxılışı ilə seçilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mitsubishi Triton Terra: fermerlər üçün limitli versiya geri qayıdıb — Fins.az — Fins.az