Mitsubishi Motors-dan yeni təhlükəsizlik sistemləri ilə təchiz edilmiş SUV

Mitsubishi Motors-dan yeni təhlükəsizlik sistemləri ilə təchiz edilmiş SUV

AVTO
228

Fins.az - Mitsubishi Motors Azərbaycan yeni Mitsubishi Pajero Sport modelini təqdim edib. Model güclü çərçivə konstruksiyası, inkişaf etmiş yolsuzluq sistemləri və müasir texnoloji həlləri ilə seçilir.

Avtomobil klassik off-road ənənələrinə uyğun olaraq möhkəm polad lonjeron çərçivə üzərində qurulub və istənilən istismar şəraitində yüksək dayanıqlılıq nümayiş etdirmək üçün hazırlanıb. Xarici dizayn “Mitsubishi”nin qoruyucu şit konsepsiyası ilə formalaşdırılaraq avtomobilə daha atletik və enerjili görünüş verir.

Model LED işıqlandırma sistemi, avtomatik tənzimlənən Bi-LED ön faralar, elektriklə idarə olunan baqaj qapısı və 18 düymlük yüngül lehimli disklərlə təchiz edilib. İnteryer hissədə isə 8 düymlük rəngli LCD ekran, Android Auto və Apple CarPlay dəstəyi, iki zonalı avtomatik kondisioner və müasir multimedia imkanları yer alır.

Təhlükəsizlik baxımından Pajero Sport “Off Road” rejimi, enişə nəzarət sistemi (HDC) və ultrasəs əsaslı qəfil sürətlənmənin qarşısını alan texnologiya ilə təchiz olunub. Bu sistemlər müxtəlif yol şəraitində sürücüyə əlavə nəzarət və rahatlıq təmin edir.

Mühərrik seçimləri arasında 2.4 litrlik dizel (181 a.g.) və 3.0 litrlik V6 benzin (219 a.g.) variantları mövcuddur. 8 pilləli avtomatik transmissiya və 2H, 4H, 4HLc, 4LLc rejimlərini dəstəkləyən tam ötürücü sistemi ilə model həm şəhər, həm də çətin relyeflər üçün nəzərdə tutulub.

Yeni Pajero Sport güc, komfort və texnologiyanı birləşdirərək off-road seqmentində fərqlənən SUV kimi təqdim olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mitsubishi Motors-dan yeni təhlükəsizlik sistemləri ilə təchiz edilmiş SUV — Fins.az — Fins.az