
MG İspaniyada yeni avtomobil zavodu tikəcək
Fins.az - MG Motor İspaniyanın Qalisiya bölgəsində yeni avtomobil zavodu tikmək niyyətini açıqlayıb.
Məlumata görə, zavodun illik istehsal gücü 120 min avtomobil təşkil edəcək.
Layihəyə təxminən 200 milyon avro sərmayə yatırılması nəzərdə tutulur.
Zavodda istehsalın 2028-ci ildə başlaması planlaşdırılır.
Hazırda Çin dövlət avtomobil konserni SAIC Motor tərəfindən idarə olunan MG markası bu addımla uzun illərdən sonra Avropada avtomobil istehsalını yenidən bərpa etmiş olacaq.