MG İspaniyada yeni avtomobil zavodu tikəcək

MG İspaniyada yeni avtomobil zavodu tikəcək

AVTO
156

Fins.az - Çinin SAIC konserninə məxsus olan MG markası Avropada avtomobil istehsalını bərpa etməyi planlaşdırır.

Şirkət İspaniyanın şimal-qərbində yerləşən Qalisiya regionunda yeni zavod inşa edəcəyini açıqlayıb. Müəssisənin 2028-ci ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Layihəyə təxminən 200 milyon avro investisiya yatırılacaq. Zavodun illik istehsal gücünün 120 min avtomobil olacağı gözlənilir.

MG markası 2005-ci ildən etibarən SAIC konserninin nəzarətindədir. Şirkətin Böyük Britaniyadakı son istehsal müəssisəsində avtomobil buraxılışı 2016-cı ildə dayandırılmışdı. Bundan sonra Avropa bazarı üçün nəzərdə tutulan bütün MG modelləri yalnız Çində istehsal olunurdu.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
MG İspaniyada yeni avtomobil zavodu tikəcək — Fins.az — Fins.az