"Mercedes" elektrikli avtomobil investisiyalarını artırır

"Mercedes" elektrikli avtomobil investisiyalarını artırır

AVTO
381

Mercedes Türkiyə bazarında elektrikli avtomobillər sahəsindəki uğurları ilə gündəmə gəlməyə davam edir. Şirkət rəhbərliyi 2024-cü ildən etibarən satılan hər 4 avtomobildən birinin elektriklə olacağını proqnozlaşdırır. Məlum olub ki, bu istiqamətdə ciddi sərmayələr qoyan brend bu səylərinin bəhrəsini alıb və 2024-cü ilin ilk 3 ayında satışlarını əvvəlki ilə nisbətən 220% artırıb. Bundan əlavə, elektrik avtomobil bazarında 1064 ədədlə təxminən 300% artım qeydə alınıb. 

Fins.az xəbər verir ki, Mercedes-in 6550 satışla premium seqmentdə liderliyini qoruduğu bildirilir. Keçən 2023-cü ilin də brend üçün çox müsbət olduğu məlum olsa da, 2024-cü ildə belə bir uğurun əldə edilməsi şirkətin maliyyə vəziyyətinə müsbət təsir göstərmiş kimi görünür.

Mercedes-Benz Automotive İcraçı Direktoru Şükrü Bekdixan açıqlamasında bu il yeni elektrik modellərini satışa çıxaracaqlarını və bu modellərin ümumi satışlardakı payını 20%-ə çatdıracaqlarını bildirib.

2024-cü ilin üçüncü rübündə maraqla gözlənilən Electric G-Series-i Türkiyə bazarında satmağı planlaşdırdıqlarını vurğulayan Bekdixan, EQB və EQS modellərinin satış rəqəmlərindən çox məmnun olduqlarını açıqladı. Markanın ölkədə elektromobil sənayesinin inkişafına töhfə verməyi hədəflədiyi də bildirilir.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Mercedes" elektrikli avtomobil investisiyalarını artırır — Fins.az — Fins.az