Mercedes-Benz A-Class Sedan yenilənmiş dizayn və MBUX sistemi ilə gəlib

Mercedes-Benz A-Class Sedan yenilənmiş dizayn və MBUX sistemi ilə gəlib

AVTO
1,070

Fins.az"Avtokapital-Azərbaycan" MMC Mercedes-Benz markasının Azərbaycandakı rəsmi distribyutoru olaraq yeni A-Class Sedan modelini yerli bazarda təqdim edib.

Şirkətin məlumatına görə, avtomobil yenilənmiş radiator qəfəsi, LED işıqlandırma sistemi, idman üslublu eksteryeri və sürücüyönümlü interyeri ilə seçilir.

Model təkmilləşdirilmiş MBUX multimedia sistemi, yeni nəsil 3-milli sükan çarxı, komfortlu oturacaqlar və komplektasiyadan asılı olaraq Burmester® səs sistemi ilə təklif olunur.

Yeni Mercedes-Benz A-Class Sedan 17–19 düymlük yüngül lehimli disklər, ARTICO süni dəri və təkrar emal olunmuş materiallardan hazırlanan interyer elementləri ilə təchiz edilib. Şirkət bildirir ki, bu xüsusiyyətlər modeldə ekoloji yanaşma ilə müasir texnologiyaların bir araya gətirilməsini təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mercedes-Benz A-Class Sedan yenilənmiş dizayn və MBUX sistemi ilə gəlib — Fins.az — Fins.az