Mercedes-Benz A-Class: Azərbaycanda yeni nəsil kompakt model

Mercedes-Benz A-Class: Azərbaycanda yeni nəsil kompakt model

AVTO
306

“Avtokapital-Azərbaycan” MMC – Mercedes-Benz Group AG-nin Azərbaycandakı rəsmi distribyutoru olaraq Mercedes-Benz A-Class Hatchback modelini təqdim edib.

Şirkətin məlumatına görə, yeni A-Class Hatchback müasir dizaynı, qabaqcıl texnologiyaları və yüksək təhlükəsizlik sistemləri ilə kompakt avtomobil seqmentində fərqlənir.

Eksteryer və interyer dizayn

Modelin eksteryeri proqressiv ön hissə, radiator barmaqlığında Mercedes-Benz naxışı, LED faralar və xrom elementlərlə tamamlanmış arxa diffuzor ilə seçilir. İnteryer isə müasir və istifadəçi yönümlü dizayn konsepti ilə yanaşı, təkmilləşdirilmiş MBUX multimedia sistemi və komfortlu oturacaqlarla təchiz olunub.

Rəqəmsal və texnoloji imkanlar

A-Class Hatchback head-up display sistemi ilə vacib məlumatları birbaşa ön şüşədə əks etdirir. MBUX Genişləndirilmiş Reallıq Naviqasiya sistemi real görüntülərlə qrafik təlimatları birləşdirərək sürücüyə daha rahat istiqamətlənmə imkanı yaradır. Mercedes me tətbiqləri isə avtomobilin smart cihazlarla inteqrasiyasını təmin edir.

Komfort və fərdiləşdirmə

Modeldə sürücü profilləri vasitəsilə oturacaq və işıqlandırma parametrlərinin yadda saxlanılması mümkündür. THERMOTRONIC iqlim nəzarəti iki zonalı temperatur tənzimləməsi ilə komfortu artırır. KEYLESS-GO sistemi isə açarsız giriş və start funksiyası təqdim edir.

Təhlükəsizlik sistemləri

A-Class Hatchback Aktiv Tormoz Dəstəyi, 360° kamera sistemi, zolaqda saxlama assistenti və kor nöqtə nəzarəti kimi bir sıra təhlükəsizlik texnologiyaları ilə təchiz olunub. GUARD 360° sistemi isə avtomobilin ətrafına nəzarəti gücləndirir.

Sürüş rejimləri

DYNAMIC SELECT sistemi vasitəsilə sürücülər “Sport”, “Comfort” və “ECO” rejimləri arasında seçim edə bilir və avtomobilin dinamikasını fərdi sürüş tərzinə uyğunlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mercedes-Benz A-Class: Azərbaycanda yeni nəsil kompakt model — Fins.az — Fins.az