Leapmotor B05 Avropa bazarına güclü mühərriklə çıxıb

Leapmotor B05 Avropa bazarına güclü mühərriklə çıxıb

AVTO
294

Fins.az - Leapmotor şirkəti Avropa bazarı üçün nəzərdə tutulmuş yeni elektrik hetçbeki B05 modelinin bütün texniki xüsusiyyətlərini açıqlayıb.

Model Avropada bir mühərrikli versiyada və iki fərqli batareya seçimi ilə təqdim olunur. Bəzi ölkələrdə artıq qiymətlər elan edilib və sifarişlərin qəbuluna başlanılıb.

Elektrik hetçbek ilk dəfə ötən ilin sentyabrında Almaniyada keçirilən IAA Mobility sərgisində nümayiş etdirilib. Bununla şirkət modelin qlobal bazar üçün nəzərdə tutulduğunu göstərib.

Avropadan əvvəl avtomobil Çində Lafa 5 adı ilə satışa çıxarılıb. Qeyd edək ki, Avropa bazarında Leapmotor brendinin təmsilçisi Stellantis konsernidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Leapmotor B05 Avropa bazarına güclü mühərriklə çıxıb — Fins.az — Fins.az