Lancia Ypsilon modelinə mexaniki sürətlər qutulu benzin versiya əlavə olunub

Lancia Ypsilon modelinə mexaniki sürətlər qutulu benzin versiya əlavə olunub

AVTO
408

Fins.az - İtaliyanın Lancia markası Ypsilon modelinin yeni, tam benzin mühərrikli versiyasını təqdim edib.

“Ypsilon Turbo 100” adlanan yeni modifikasiya mexaniki sürətlər qutusu ilə təchiz olunub və daha ucuz qiymətə təklif ediləcək.

Model 2024-cü ilin fevralında təqdim edilən beşinci nəsil Ypsilon üzərində qurulub və Stellantis qrupunun CMP platformasından istifadə edir. Əvvəllər bu model yalnız elektrik və hibrid versiyalarda mövcud idi.

Yeni versiya 1,2 litrlik turbo üçsilindrli benzin mühərriki ilə təchiz olunub. Mühərrik 101 at gücü və 205 Nm fırlanma anı hasil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...