Jeland J6 krossoverinin satışına Rusiya bazarında start verilib

Jeland J6 krossoverinin satışına Rusiya bazarında start verilib

AVTO
149

Fins.az - Yeni yerli avtomobil markası olan Jelandın ilk modeli – Jeland J6 krossoverinin Rusiya bazarında rəsmi satışına başlanılıb.

Məlumata görə, modelin başlanğıc qiyməti əvvəlki kimi 2 milyon 290 min rubl səviyyəsində saxlanılıb.

Bununla yanaşı, orta və ən yüksək təchizat səviyyələrinə malik versiyaların qiymətlərində son bir neçə ay ərzində artım qeydə alınıb.

Jeland markası 2026-cı ilin əvvəlində Rusiyanın AGR holdinqi ilə Çinin Defetoo şirkətinin əməkdaşlığı nəticəsində yaradılıb.

Jeland J6 modelinin rəsmi təqdimatı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirilsə də, avtomobilin texniki xüsusiyyətləri və dizaynı daha əvvəl açıqlanmışdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Jeland J6 krossoverinin satışına Rusiya bazarında start verilib — Fins.az — Fins.az