
Hyundai Ioniq 9 üçün “Black Ink” adlı xüsusi versiya təqdim olunub
Fins.az - Hyundai böyük elektrik krossoveri Hyundai Ioniq 9 üçün “Black Ink” adlı yeni xüsusi versiyanı təqdim edib.
Bu versiya top təchizat səviyyəsi olan Calligraphy əsasında hazırlanıb və 2026-cı ilin yayında ABŞ bazarında satışa çıxarılacaq.
“Black Ink” variantının əsas fərqi dizaynda özünü göstərir. Modeldə ön və arxa bamperlərdə qara elementlər, kapot kənarında qara loqo, qara dam relsləri və pəncərə çərçivələri istifadə olunub. Bundan əlavə, avtomobilə turbina üslubunu xatırladan eksklüziv 21 düymlük qara yüngül lehimli disklər quraşdırılıb.
Qeyd edək ki, Hyundai Ioniq 9 modeli ilk dəfə 2024-cü ilin noyabrında təqdim olunub və onun əsasında 2021-ci ildə nümayiş etdirilən Hyundai Seven Concept konsepti dayanır.