Honda N-Box yenilənib: Custom versiyası daha aqressiv görünüş qazanıb

Honda N-Box yenilənib: Custom versiyası daha aqressiv görünüş qazanıb

AVTO
183

Fins.az - Honda daxili bazarda ən populyar modeli olan N-Box mikrovenini yeniləyib.

Yenilənmə çərçivəsində standart N-Box modelinin xarici görünüşündə kiçik dəyişikliklər edilib. Daha çox gənclərə yönəlmiş N-Box Custom versiyası isə daha aqressiv dizayn əldə edib.

Bundan əlavə, model sırasına yeni komplektasiyalar əlavə olunub və avadanlıq səviyyəsi yaxşılaşdırılıb.

Məlumata görə, texniki hissədə ciddi dəyişiklik gözlənilmir.

N-Box-un hazırkı, üçüncü nəsli 2023-cü ildən istehsal olunur və model ötən il də Yaponiya bazarında ən çox satılan avtomobil olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Honda N-Box yenilənib: Custom versiyası daha aqressiv görünüş qazanıb — Fins.az — Fins.az