
Honda Element krossoverini yenidən istehsala qaytara bilər
Fins.az - Honda şirkəti vaxtilə istehsaldan çıxarılan Element krossoverini yenidən model sırasına qaytarmağı nəzərdən keçirir.
İlkin məlumatlara görə, yenilənmiş Honda Element 2029-cu ildə təqdim oluna bilər. Modelin hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur.
Şirkətin bu addımı son illərdə elektrik avtomobillərinə gözlənilən səviyyədə marağın formalaşmaması fonunda strategiyasını yenidən nəzərdən keçirməsi ilə əlaqələndirilir.
Daha əvvəl Honda klassik Prelude modelini uğurla yenidən bazara qaytarmışdı. İndi isə istehsalçı keçmişdə populyar olmuş digər modellərin də geri dönüş imkanlarını araşdırır.