GMC yenilənmiş Sierra 1500 pikapını təqdim edib

GMC yenilənmiş Sierra 1500 pikapını təqdim edib

AVTO
179

Fins.az - ABŞ-ın GMC şirkəti yenilənmiş Sierra 1500 tamölçülü pikapını rəsmi şəkildə təqdim edib.

Model yaxın qohumu olan Chevrolet Silveradonun yenilənməsindən sonra modernləşdirilib. Xatırladaq ki, yenilənmiş Silverado ötən həftə təqdim edilmişdi.

Yeni Sierra 1500-də əsas dəyişikliklərdən biri mühərrik çeşidinin yenidən nəzərdən keçirilməsidir. Bununla yanaşı, avtomobilin texniki xüsusiyyətləri və avadanlıq səviyyəsi də təkmilləşdirilib.

Şirkət yenilənmiş pikapın həm iş, həm də gündəlik istifadə üçün daha yüksək məhsuldarlıq, komfort və müasir texnologiyalar təqdim etdiyini bildirir.

Yenilənmiş GMC Sierra 1500-nin satışa çıxarılacağı tarix və qiymətləri bazardan asılı olaraq daha sonra açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...