“Geneva International Motor Show“ gələn il də keçirilməyəcək

“Geneva International Motor Show“ gələn il də keçirilməyəcək

AVTO
1,423

Dünyanın ən nüfuzlu avtomobil sərgilərindən biri hesab olunan Cenevrə Avtomobil Salonu gələn il də keçirilməyəcək.

Fins.az xəbər verir ki, bu barədə məlumatı təşkilatçılar yayıblar. Mətbuat açıqlamasında bildirilir ki, bütün dünyanı sarsıdan geosiyasi və iqtisadi qeyri-müəyyənliklər, eləcə də pandemiyanın gedişatı ilə bağlı risklər bu qərarın qəbul olunmasına əsas verib. Yaranmış vəziyyət avtomobil istehsalçılarını lazımi şəkildə sərgiyə hazırlaşmasına maneə olur.

Cenevrə Avtomobil Salonu bununla dördüncü dəfədir ki, təxirə düşür. Təşkilatçılar növbəti sərginin 2023-cü ilin noyabr ayında Qətərin Doha şəhərində keçiriləcəyini elan ediblər.

Qeyd edilməlidir ki, Cenevrə Avtomobil Salonu plana əsasən 2023-cü il fevralın 14-19-da keçirilməli idi. Beynəlxalq adı “Geneva International Motor Show“ olan Cenevrə Avtomobil Salonu dünyanın ilk avtomobil sərgilərindən biridir və yaşı yüzdən yuxarıdır. Cenevrə Avtomobil Salonu IAA (Almaniya), “Motor Show“ (Yaponiya) və “Detriot Auto Show“ ilə yanaşı dünyanın ən mühüm avtosərgiləri arasında yer alır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Geneva International Motor Show“ gələn il də keçirilməyəcək — Fins.az — Fins.az