Fransada kiçik avtomobil ölçüsündə dron hazırlanır

Fransada kiçik avtomobil ölçüsündə dron hazırlanır

AVTO
268

Fins.az - Fransanın avtomobil istehsalçısı “Renault” hərbi və mülki məqsədlər üçün nəzərdə tutulan yeni dron layihəsi üzərində işlədiyini açıqlayıb. Hazırda inkişaf mərhələsində olan prototipin kiçik avtomobil ölçüsündə olacağı bildirilir.

Layihənin iyun ayında keçiriləcək “Eurosatory” sərgisində təqdim olunacağı gözlənilir. Bu təşəbbüs müdafiə sənayesində artan fəallıq fonunda “John Cockerill” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Həmin şirkət eyni zamanda hərbi nəqliyyat vasitələri istehsal edən “Arquus”un sahibidir.

Şirkətdən verilən məlumata görə, ilin əvvəlində Fransanın Silahlı Qüvvələr Nazirliyi tərəfindən əməkdaşlıq təklifi irəli sürülüb. “Renault”un tədqiqat və inkişaf komandaları hazırda müxtəlif texnoloji variantları, o cümlədən yerüstü robot sistemlərini sınaqdan keçirir.

Qeyd olunur ki, bu texnologiyalar yalnız hərbi deyil, həm də mülki sahələrdə tətbiq oluna bilər. Layihə hazırda eksperimental tədqiqat mərhələsindədir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada kiçik avtomobil ölçüsündə dron hazırlanır — Fins.az — Fins.az