“Ford” 200 min avtomobilini geri çağırdı

“Ford” 200 min avtomobilini geri çağırdı

AVTO
654

“Ford Motor” şirkəti qızdırıcı mühərriklərin və soyuducu ventilyatorun nasazlığı səbəbindən alışma riski ilə əlaqədar 200 min yolsuzluq avtomobilini geri çağırır.

Fins.az xəbər verir ki, 2015, 2016 və 2017-ci illərdə buraxılmış “Ford Expeditions” və “Lincoln Navigator” modelləri geri çağırılır.

Şirkətdən bildirilib ki, mühərriklərlə əlaqədar 25 alışma faktı barədə məlumat alınıb. Yanğınların 12-si avtomobillərin ciddi zədələnməsi ilə nəticələnib.

Geri çağırmanın növbəti mərhələləri barədə avtomobil dilerlərinə məlumat veriləcək. Geri çağırılmış maşınlarda qabaq hissədə yerləşən ventilyatorun mühərrik qovşağı sentyabrın 12-dən etibarən pulsuz dəyişdiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Ford” 200 min avtomobilini geri çağırdı — Fins.az — Fins.az