Dünya avtomobil şirkətlərindən ŞOK QƏRAR

Dünya avtomobil şirkətlərindən ŞOK QƏRAR

AVTO
1,950

Dünya avtomobil şirkətləri 2021-ci ilin ilk yarısında avtomobil istehsalını 2 milyon azaldacaq.

Avtosfer.az bildirir ki, bu barədə "Oxford Economics" konsaltinq şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, bu azalma 2020-ci ilin sonunda yaranmış yarımkeçirici qurğuların qıtlığı ilə əlaqədardır.

Bundan başqa, pandemiya dövründə və ötən ilin yaz-yay aylarında bir çox ölkədə sərt qapanmalar müddətində bəzi ölkələrdə avtomobil zavodları işlərini dayandırıb, şirkətlər isə yarımkeçiricilər üçün sifarişləri azaldıb:

"Mikrosxemlərin istehsal müddəti 6 aya çatır. Ona görə də dünya avtomobil sənayesi istehsal prosesini bərpa etdikdən sonra mikrosxem qıtlığı yaşanmağa başladı. Bu da öz növbəsində istehsalın azalmasına gətirib çıxaracaq".

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya avtomobil şirkətlərindən ŞOK QƏRAR — Fins.az — Fins.az