
Dreame Nebula Next 01 Jet Edition: 0,9 saniyəyə “100”ə çatan superkar təqdim olunacaq
Fins.az - Çinin Dreame Technology şirkəti avtomobil bazarına iddialı giriş etməyə hazırlaşır. Məişət texnikası istehsalı ilə tanınan şirkət yeni brendlər altında lüks elektromobillər və plug-in hibrid modellər təqdim etməyi planlaşdırır.
Bu layihələr çərçivəsində təqdim olunacaq ilk modellərdən biri dördqapılı elektrik superkarı Nebula Next 01 olacaq. Onun xüsusi versiyası olan Jet Edition isə inteqrasiya olunmuş “raket sürətləndiriciləri” ilə diqqət çəkir.
İstehsalçının iddiasına görə, bu model 0-dan 100 km/saat sürətə cəmi 0,9 saniyəyə çatmaq qabiliyyətinə malik olacaq. Bu göstərici onu dünyanın ən sürətli avtomobilləri sırasına daxil edə bilər.
Yeni modelin texniki xüsusiyyətləri və istehsal planları ilə bağlı daha ətraflı məlumatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.