
Çinin Lynk & Co 07 modeli satışa çıxarılıb
Çinin Lynk & Co 07 modeli martın əvvəlində baş tutan təqdimatında sonra satışa çıxarılıb.
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, CMA arxitekturasına əsaslanan 4,83-metrlik Lynk & Co 07 sedanının Səma İmperatorluğundakı satışlarına start verilib. Mart ayında yeni sedanının 180 min yuandan (25 min dollar) başlayan qiymətlərlə satılacağı gözlənilsə də, indi model 6% daha ucuz təklif edilir: qiymətlər 170 min yuandan (23,5 min dollar) başlayır. Tam ötürmə təklif olunmur: sedan alternativsiz ön ötürməli hibriddir.
Ən yüksək səviyyəli Lynk & Co 07 təxminən 190 min yuana (26,3 min dollar) başa gəlir, Çin dilerlərinə çatdırılmalara artıq başlanılıb. Bu model tezliklə Azərbaycan bazarında da satış debütü edə bilər. Xatırladaq ki, Lynk & Co brendi əsas üstünlüyü Avropa bazarına verir.
Fuad Mədətov
Fins.az



