Chrysler yenilənmiş Pacifica miniveninin qiymətlərini endirib

Chrysler yenilənmiş Pacifica miniveninin qiymətlərini endirib

AVTO
361

Fins.az - Chrysler yenilənmiş Chrysler Pacifica modelinin əksər versiyalarının qiymətini aşağı salıb.

Qiymət endirimi baza komplektasiyası və ən yüksək səviyyəli Pinnacle versiyası istisna olmaqla bütün modifikasiyalara şamil olunub.

Hazırda Stellantis konserninə daxil olan Chrysler markasının model xəttinin əsasını məhz Pacifica təşkil edir. Əvvəllər ayrıca model kimi təqdim edilən Voyager isə son restaylinqdən sonra baza versiyası kimi Pacifica ailəsinə inteqrasiya edilib.

Yenilənmiş model əvvəlki dizayn elementlərini qoruyub saxlasa da, şirkət qiymət siyasətini daha rəqabətli etmək qərarı verib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Chrysler yenilənmiş Pacifica miniveninin qiymətlərini endirib — Fins.az — Fins.az