Chrysler Pacifica Grizzly Peak seriya istehsalına buraxıla bilər

Chrysler Pacifica Grizzly Peak seriya istehsalına buraxıla bilər

AVTO
397

Fins.az - Chrysler markasının “macəra” üslubunda hazırlanmış Pacifica Grizzly Peak konseptinin seriya istehsalına buraxılması ehtimal olunur.

Məlumata görə, model ötən il təqdim edilmiş konsept əsasında hazırlanıb, lakin onun bazara çıxarılma tarixi hələ açıqlanmayıb.

Hazırda Chrysler-in əsas modeli olan Pacifica miniveni ilk dəfə 2016-cı ildə təqdim olunub və bu müddət ərzində iki dəfə yenilənib – 2020-ci ildə və 2026-cı ilin əvvəlində.

Qeyd edilir ki, markanın model xəttində Pacifica faktiki olaraq əsas yer tutur. Voyager modeli isə ayrıca avtomobil deyil, bu minivenin daha sadələşdirilmiş versiyası hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Chrysler Pacifica Grizzly Peak seriya istehsalına buraxıla bilər — Fins.az — Fins.az