
Chevrolet Tahoe High Country: 6,2 litrlik V8 mühərrikli premium SUV
Fins.az – Chevrolet-in flaqman SUV modeli Tahoe High Country sifariş əsasında müştərilərə təqdim olunur.
Şirkətin məlumatına görə, model 6,2 litrlik V8 mühərrik, 420 at gücü, 10 pilləli avtomatik transmissiya və tam ötürücü sistemi ilə təchiz edilib.
Məlumata əsasən, üç sıra premium oturacaqlara malik avtomobil adaptiv pnevmatik asqı, geniş salon və 3 480 litrədək baqaj həcmi ilə seçilir. Şirkət bildirib ki, Tahoe High Country 210 km/saat maksimal sürətə malikdir və həm şəhər, həm də uzun məsafəli səfərlər üçün yüksək komfort və performans təqdim edir.


