Changan Eadomax-ın qiyməti və xüsusiyyətləri açıqlanıb

Changan Eadomax-ın qiyməti və xüsusiyyətləri açıqlanıb

AVTO
243

Fins.az - CHANGAN Azərbaycanda yeni EADOMAX modelini təqdim edib. Sedan avtomobil 29.900 AZN-dən başlayan qiymətlərlə satışa çıxarılıb və 5 il və ya 150.000 km rəsmi zəmanət ilə təklif olunur.

Model 1.5T mühərriklə təchiz olunub və 181 at gücü, 310 Nm fırlanma anı ilə yüksək performans təqdim edir. Avtomobilin ölçüləri 4785/1840/1440 mm təşkil edir və balanslı sedan dizaynı ilə seçilir.

Eksteryer hissədə avtomatik full LED fənərlər, panorama lyuk, elektron tənzimlənən və qızdırılan yan güzgülər, 17 düymlük yüngül lehimli disklər və müasir dizayn elementləri yer alır.

İnteryer isə geniş və komfortlu salon, rəqəmsal idarəetmə sistemi və premium materiallarla təchiz olunub. Model gündəlik istifadə üçün rahat, stabil və müasir sürüş təcrübəsi vəd edir.

Changan istehsalçısı dünya miqyasında tanınan avtomobil konsernlərindən biridir və mühəndislik baxımından Yaponiya, Böyük Britaniya, ABŞ və İtaliya mütəxəssislərinin birgə iştirakı ilə hazırlanmış texnologiyalara əsaslanır. Marka etibarlılıq və müasir texnologiyanı sərfəli qiymətlərlə birləşdirməyi hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Changan Eadomax-ın qiyməti və xüsusiyyətləri açıqlanıb — Fins.az — Fins.az