
BYD Seal 08 flaqman sedanı iyulun 2-də təqdim olunacaq
Fins.az - Çinin BYD şirkəti yeni flaqman sedanı BYD Seal 08 modelinin tam təqdimatının iyulun 2-də keçiriləcəyini açıqlayıb.
Model ilk dəfə bu ilin mart ayında nümayiş etdirilib, daha sonra isə Pekin Avtomobil Sərgisində ictimaiyyətə təqdim olunub. İndi isə şirkət avtomobilin rəsmi satışa çıxarılması ərəfəsində yeni görüntülərini yayıb.
BYD Seal 08 ötən il təqdim olunan BYD Ocean-S konseptinin seriya versiyası hesab olunur və Ocean ailəsinin flaqman minik avtomobili olacaq.
Məlumata görə, sedan həm hibrid, həm də tam elektrikli versiyalarda təqdim ediləcək. Bundan əlavə, model üçün tam ötürücülü modifikasiyanın da nəzərdə tutulduğu bildirilir.