
Bugatti W16 Mistral Fly Bug – unikal dizaynlı eksklüziv model təqdim edilib
Fins.az - Bugatti brendi xüsusi sifariş əsasında hazırlanmış Bugatti W16 Mistral modelinin unikal “Fly Bug” versiyasını təqdim edib.
Bu avtomobil çox varlı bir kolleksiyaçı üçün hazırlanıb və onun “uçan həşəratlar” mövzusuna həsr olunmuş kolleksiyasında dördüncü xüsusi model sayılır.
“Fly Bug” versiyası Sur Mesure proqramı çərçivəsində yaradılıb. Bu proqram əsasən avtomobilin texniki hissəsini dəyişmədən, dizayn və detallar üzərində fərdiləşdirmə aparmağa imkan verir.
Modelin texniki göstəriciləri standart qalsa da, əsas fərqləndirici cəhət onun xarici görünüşüdür. Avtomobilin dizaynı və rənglənməsi iynəcəyə (стрекоза) bənzədilərək hazırlanıb və ona xüsusi estetik görünüş verilib.