Britaniyada avtomobil istehsalı rekord həddə azalıb

Britaniyada avtomobil istehsalı rekord həddə azalıb

AVTO
774

Ötən il Böyük Britaniyada cəmi 920 928 avtomobil istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 29,3% azdır. Bu, 1984-cü ildən bəri rekord aşağı göstəricidir.

Bu barədə Böyük Britaniyanın İstehsalçılar və Dilerlər Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.

Bildirilir ki, pandemiya və sərhədlərin bağlanması fonunda ciddi məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən 2020-ci il ərzində istehsal ciddi zərərlə üzləşib. Əsas ixrac bazarlarında avtomobillərə olan zəif tələbat və "Brexit"lə bağlı qeyri-müəyyənlik problemləri bir qədər də artırdı. Avtomobil ixracı illik müqayisədə 29,1% azalıb, lakin Britaniyada istehsal olunan nəqliyyat vasitələrinin 81,3%-i (2019-cu ildə 81%) ixracın payına düşüb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Britaniyada avtomobil istehsalı rekord həddə azalıb — Fins.az — Fins.az