
BMW Vision Alpina konsepti təqdim olunub
Fins.az - BMW konserninə daxil olan Alpina yeni dövrün dizayn və fəlsəfəsini nümayiş etdirən BMW Vision Alpina konseptini təqdim edib.
İtaliyada keçirilən Villa d’Este zəriflik müsabiqəsində nümayiş olunan iri ölçülü kupe gələcək Alpina modellərinin inkişaf istiqamətini göstərən konsept kimi qiymətləndirilir.
Avtomobil “akula üzü”nü xatırladan ön hissəsi, güclü V8 mühərriki və lüks yönümlü dizaynı ilə seçilir. Yeni Alpina modellərinin əsas rəqibləri sırasında Mercedes-Maybach göstərilir.
Məlumata görə, yeni nəsil Alpina seriyasının ilk istehsal modeli yenilənmiş BMW 7 Series bazasında hazırlanacaq premium sedan olacaq və onun premyerası gələn il gözlənilir.