BMW M2 ilk dəfə tam ötürücülü versiyada təqdim olunub

BMW M2 ilk dəfə tam ötürücülü versiyada təqdim olunub

AVTO
197

Fins.az - BMW şirkəti M2 modelinin tarixində ilk dəfə tam ötürücülü M xDrive sisteminə malik versiyasını təqdim edib.

Yeni modifikasiya yenilənmiş 480 at gücünə malik altısilindrli S58 mühərriki və 8 pilləli avtomatik sürətlər qutusu ilə təchiz olunub.

Tam ötürücü sistemin əlavə edilməsi avtomobilin çəkisini təxminən 60 kiloqram artırsa da, dinamik göstəricilər yaxşılaşıb. Belə ki, avtomobilin 0-dan 100 kilometr/saat sürətə çatma müddəti 0,3 saniyə azalaraq daha sürətli olub.

Mühərrikdə aparılan yeniliklər onun Avropanın Euro 7 ekoloji standartlarının tələblərinə uyğunlaşdırılması məqsədilə həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BMW M2 ilk dəfə tam ötürücülü versiyada təqdim olunub — Fins.az — Fins.az