BMW iX ABŞ bazarını tərk edir

BMW iX ABŞ bazarını tərk edir

AVTO
318

Fins.az - BMW şirkəti elektrik krossoveri iX modelinin ABŞ bazarındakı satışlarını dayandırmaq qərarına gəlib. Şirkət bundan sonra diqqətini yeni nəsil BMW iX3 modelinin tanıdılmasına yönəltməyi planlaşdırır.

BMW iX modeli ilk dəfə 2020-ci ildə təqdim olunub, satışları isə 2021-ci ildə başlayıb. Model 2025-ci ilin yanvarında yenilənmiş versiya alıb. İlkin mərhələdə ABŞ bazarı bu avtomobil üçün əsas istiqamətlərdən biri hesab olunsa da, son satış nəticələri gözləntiləri doğrultmayıb.

Bu səbəbdən şirkət strategiyasını dəyişərək daha perspektivli hesab etdiyi yeni elektromobil modellərinə üstünlük verməyə qərar verib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BMW iX ABŞ bazarını tərk edir — Fins.az — Fins.az