
BAIC yeni ucuz elektrik sedanı Arcfox S3-ü təqdim edib
Fins.az - Çin avtomobil istehsalçısı BAIC Group yeni elektrik sedanını təqdim edib. Yeni model Arcfox S3 kimi satışa çıxarılıb və Pekin avtosalonunda nümayiş olunub.
Avtomobil ön oxda yerləşən bir elektrik mühərriki ilə təchiz edilib. İstifadəçilər üçün müxtəlif batareya seçimləri mövcuddur. Bundan əlavə, batareyanın ayrıca icarəyə götürülməsi imkanı da təqdim olunur ki, bu da avtomobilin ümumi qiymətini daha da aşağı sala bilər.
Təqdimat zamanı modelin komplektasiyaları və ilkin qiymətləri açıqlanıb, həmçinin sifarişlərin qəbuluna başlanılıb. Yeni sedanın əsas üstünlüyü nisbətən geniş ölçülərə sahib olmasına baxmayaraq əlçatan qiymət kateqoriyasında olmasıdır.