Azərbaycanda buraxılış ili on ildən çox olan avtomobillərin sayı 80% təşkil edir

Azərbaycanda buraxılış ili on ildən çox olan avtomobillərin sayı 80% təşkil edir

AVTO
1,246

“Son illər avtomobillərin sayı kəskin artıb”.

Fins.az  xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü il dövlət proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunan ictimai müzakirələrdə deyib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə istismar müddəti bitən avtomobillər istifadə olunmur: “Azərbaycanda isə buraxılış ili on ildən çox olan avtomobillərin sayı 80% təşkil edir. Ölkədə buraxılış ili 30, 40 ildən çox olan maşınlar da var. Bu proqramın icrasının əsas məqsədi ekoloji və yol təhlükəsizliyinin təmin olunmasıdır”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda buraxılış ili on ildən çox olan avtomobillərin sayı 80% təşkil edir — Fins.az — Fins.az