
Audi A3 ailəsi yenidən yenilənib
Fins.az - Audi A3 model ailəsinin yenilənmiş versiyalarını təqdim edib.
Bu dəfə aparılan modernləşdirmə avtomobillərin xarici görünüşünə təsir göstərməyib. Əsas dəyişikliklər interyerdə həyata keçirilib, həmçinin sürücüyə yardım və təhlükəsizlik sistemləri təkmilləşdirilib.
Hazırkı dördüncü nəsil Audi A3 2020-ci ildən istehsal olunur və 2024-cü ildə restaylinqdən keçib. İndi isə model ailəsi növbəti yenilənməni alıb.
A3 seriyasına Sportback hetçbeki, sedan, allstreet kross-hetçbeki, qoşulan hibrid versiyalar, S seriyalı idman modifikasiyaları və yüksək performanslı RS modelləri daxildir.
Şirkət bildirir ki, yenilənmənin əsas məqsədi istifadəçi rahatlığını artırmaq və müasir texnologiyaları daha geniş şəkildə tətbiq etməkdir.