
Anton Kozlov Moskva mərhələsinin qalibi olub
Fins.az - Rusiyanın Drift Seriyasının (RDS) Qran-Prisinin Moskvada keçirilən dördüncü mərhələsinin qalibi Anton Kozlov olub. Bu, Carville Racing komandasının pilotunun karyerasında üçüncü qələbə olmaqla yanaşı, onun doğum gününə təsadüf edib.
ADM Raceway trasında baş tutan yarış həftəsonu dəyişkən hava şəraiti ilə yadda qalıb. Günəşli hava leysan yağışla əvəzlənib, həlledici yürüşlər isə qurumaqda olan trasda keçirilib. Çətin şəraitdə pilotların ustalığı əsas rol oynayıb.
Yarışın yekununda Fresh Racing komandasının pilotları Tommi Kayli və Sergey Kuznetsov müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq komandaya ikiqat podium qazandırıblar. Yeniyetmələr arasında keçirilən təlim yarışlarında isə Arseni Tsareqradtsev ən yaxşı nəticəni göstərib.