Almaniyanın məşhur AC Schnitzer tüninq atelyesi fəaliyyətini dayandırır

Almaniyanın məşhur AC Schnitzer tüninq atelyesi fəaliyyətini dayandırır

AVTO
341

Fins.az - Almaniyanın məşhur tüninq atelyesi AC Schnitzer 2026-cı ilin sonunda fəaliyyətini dayandıracağını açıqlayıb. Şirkətin sahibi olan Kohl Group bu qərarı bürokratik çətinliklər, maliyyə problemləri və bazar şərtlərinin dəyişməsi ilə əsaslandırıb.

Bununla belə, AC Schnitzer brendinin tamamilə yox olmayacağı ehtimal edilir. Şirkətin adı gələcəkdə başqa bir investor və ya şirkət tərəfindən satın alınaraq fəaliyyətini davam etdirə bilər.

AC Schnitzer 1987-ci ildə Kohl şirkətlər qrupu və Schnitzer Motorsport komandası tərəfindən yaradılıb. Atelye əsasən BMW və Mini markalı avtomobillərin tüninqi üzrə ixtisaslaşıb və uzun illər bu sahədə böyük nüfuz qazanıb.

2000–2010-cu illərdə şirkətin modifikasiya etdiyi BMW modelləri Nürburqrinq trasının “Şimal döngəsi”ndə bir sıra rekordlara imza ataraq brendin şöhrətini daha da artırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyanın məşhur AC Schnitzer tüninq atelyesi fəaliyyətini dayandırır — Fins.az — Fins.az