
AC Cobra GT Coupe seriya versiyasında təqdim olunub
Fins.az - Britaniyanın AC Cars şirkəti yeni AC Cobra GT Coupe modelinin seriya versiyasını təqdim edib.
İkiməqsədli kupe AC Cobra GT Roadster modeli əsasında hazırlanıb və karbon lifli kuzovla təchiz olunub.
Model yalnız 5,0 litrlik V8 mühərriki ilə təklif ediləcək. Şirkət digər mühərrik variantlarının nəzərdə tutulmadığını bildirib.
AC Cobra GT Coupe-nin istehsalına 2027-ci ildə başlanılması, ilk avtomobillərin isə müştərilərə 2028-ci ildə çatdırılması planlaşdırılır.
Şirkət rəhbərliyinin sözlərinə görə, yeni model klassik Cobra irsini müasir texnologiyalar və materiallarla birləşdirir.