1960-cı illərin əfsanəsi Lola T70 yenidən dirçəldi

1960-cı illərin əfsanəsi Lola T70 yenidən dirçəldi

AVTO
255

Fins.az - Britaniyanın Lola Cars şirkəti 1960-cı illərin əfsanəvi modeli Lola T70-in müasir versiyasını təqdim edib. Yeni model Lola T70S adlanır və həm yol, həm də trek üçün nəzərdə tutulub. Avtomobil Chevrolet V8 mühərriki və yüngül orqanik kompozit kuzovla təchiz olunub. Modeldən cəmi 16 ədəd istehsal ediləcək.

Lola Cars şirkəti 1958-ci ildə britaniyalı mühəndis Erik Brodli tərəfindən yaradılıb və müxtəlif yarış seriyalarında böyük uğurlar qazanıb. Şirkətin hesabında 500-dən çox qələbə, o cümlədən Indy 500, Le-Man və Formula-1 yarışlarında uğurlar var.

2012-ci ildə maliyyə çətinlikləri səbəbindən fəaliyyətini dayandıran şirkət 2022-ci ildə yenidən bərpa olunub. Yeni təqdim olunan Lola T70S modeli markanın zəngin irsini qoruyaraq müasir texnologiyalarla birləşdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
1960-cı illərin əfsanəsi Lola T70 yenidən dirçəldi — Fins.az — Fins.az