DÜNYA

21 Noyabr

Avrozonada istehlak qiymətləri 2% artıb

Fins.az - Avropa İttifaqının Statistika İdarəsinin təqdim etdiyi yekun məlumatlara əsasən, Avrozonada sentyabr ayı ilə müqayisədə oktyabr ayında istehlak qiymətləri illik ifadədə 2.0%, aylıq ifadədə isə 0.3% artıb.

Dərc olunmuş hər iki göstərici analitiklərin proqnozları ilə üst-üstə düşdü.

Nəticədə, inflyasiya 1.7%-lik nəticə ilə sentyabr ayı ilə müqayisədə daha da sürətlənib.

Avrozonada ərzaq, alkoqol və tütün məmulatlarının qiymət bahalaşması sentyabr ayı ilə müqayisədə oktyabr ayında 2.4%-dən 2.9%-ə qədər, verilən xidmətlərin qiymətinin artması isə 3.9%-dən 4%-ə qədər sürətləndi. Oktyabrda sənaye məhsulları 0.5% (sentyabrda +0.4%) bahalaşıb, enerji resursları isə 4.6% (sentyabrda -6.1%) ucuzlaşıb.

Ərzaq və enerji xərclərini nəzərə almayan istehlak qiymətləri göstəricisi (CPI Core index) 2022-ci ilin fevral ayından bu yana ən aşağı templə - 2.7% artıb.

Noyabr ayı üçün Avrozonada inflyasiyanın dinamikası ilə bağlı ilkin məlumatlar noyabrın 29-da açıqlanacaq.