Alman iş dünyası sentyabr ayında daha da pisləşib.
IFO institutu tərəfindən açıqlanan iş indeksi 86,6-dan 85,4-ə geriləyib, bu da gözlənilən 86-nın altında olub. Cari şərait indeksi 86,4-dən 84,4-ə enərək, gələcək gözləntiləri əks etdirən indeks isə 86,8-dən 86,3-ə düşərək fevraldan bəri ən aşağı səviyyəyə çatıb.
Fins.az xəbər verir ki, IFO-nun sədri Clemens Fuest, iqtisadiyyatın getdikcə artan təzyiq altına düşdüyünü, sifarişlərdə azalmağın davam etdiyini və əsas sektorlarda çətinliklərin yaşandığını bildirib.
Bundesbank, iqtisadiyyatda sərt bir düşüşün ehtimal daxilində olmasa da, resessiya riskinin mövcud olduğunu xəbərdarlıq edib. İkinci rübdə iqtisadiyyat 0,1% kiçilmiş, üçüncü rübdə də daralmanın davam edəcəyi gözlənilir.
Dünən açıqlanan SP Global kompozit PMI göstəricisi, 7 ayın ən aşağı səviyyəsinə düşərək daralma bölgəsinə daxil olub. İstehsalat sektoru PMI indeksi isə bir ilin ən aşağı səviyyəsinə geriləyib.
İqtisadçılar, 2024-cü il üçün Almaniya iqtisadiyyatı üzrə böyümə proqnozlarını aşağı yönlü reviziya edir, bəzi qurumlar isə duraklama və daralma gözləyir. 2023-cü ildə Almaniya, G7 ölkələri arasında kiçilməyə məruz qalan tək ölkə olub.