Politoloqlar, ABŞ və Avropa İttifaqı arasındakı münasibətlərin gələcək seçkilər ərəfəsində, xüsusilə Donald Tramp və Kamala Harris arasındakı mübarizədə, köklü dəyişikliklərə məruz qala biləcəyini bildirirlər. Avropada ABŞ-ın qitədəki iştirakını azaltma ehtimalı ciddi narahatlığa səbəb olub. Bu, uzunmüddətli transatlantik tərəfdaşlığa son qoya bilər.
Fins.az xəbər verir ki, AB ölkələri hərbi potensialı artırmağın vacibliyini başa düşsələr də, hələ də ABŞ-ın kəşfiyyat və texnologiya dəstəyindən asılıdırlar. Donald Tramp, Avropaya olan investisiyaları dayandırmağı və ticarət gömrük tariflərindəki güzəştləri ləğv etməyi planlaşdırdığını açıqlayıb. Bu addımlar, ABŞ və AB arasındakı strateji əməkdaşlıqda ciddi dəyişikliklərə səbəb ola bilər.